26 dekabr 2011 16:58
Almaniyalı futbolçu Azərbaycan yığmasını seçdi
Almaniyalı futbolçu Cem Felek Azərbaycan yığmasında çıxış edəcək. Bu haqda azerisport.az saytına müsahibəsində 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Təbriz Həsənov məlumat verib:
“Mən Frankfurta təcrübəyə getmişdim. “Eintracht”da olarkən Cemin atası Vural Feleklə görüşdüm. O, oğlunun Azərbaycan yığmasında oynamaq arzusunda olduğunu dilə gətirdi. Biz həmçinin belə razılaşdıq ki, Cem U-17-nin bütün təlim-məşq toplanışlarına və turnirlərinə dəvət olunacaq”.
Qeyd edək ki, 16 yaşı tamam olacaq futbolçunun xidmətində türklər də maraqlıdılar.
