26 dekabr 2011 17:38

“O məğlubiyyətdən sonra özümə gələ bilmirəm”

AZAL-ın kapitanı Aqil Nəbiyev azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqanın geridə qalan dövründəki çıxışını dəyərləndirib.
 
- AZAL-ın ilk 18 turdakı çıxışını necə qiymətləndirərdiz?
- Mövsümün əvvəlində rəhbərlik qarşımıza çempionluq hədəfi qoymuşdu. Ötən mövsüm avrokuboklara vəsiqə qazanmışdıq. Bu üzdən də cari mövsüm üçün hədəflərin daha böyük olması təəccüblü görünməməliydi. Amma yolun yarısı arxada qalsa da, AZAL hələ istədiyi yerdə deyil. Hələlik 7-ci yerdə olsaq da, ilk altılığa düşmək şanslarımız qalmaqdadı.
 
- Artıq çempionluq hədəfinə çatmaq da mümkünsüz görünür...
- İndi əsas ilk altılığa düşmək haqda düşünürük. Buna nail olmaq çox çətin olacaq. Amma mümkündü. Hələ ilk altı güclü arasına düşək, sonrasına baxarıq.
 
- Sizcə, ilk altılığa düşməyiniz real olacaq?
- Prinsipcə, bizdən öndə olan “Qəbələ” sadəcə 3 xalla AZAL-ı qabaqlayır. Birinci mərhələnin başa çatmasına isə hələ bir neçə tur qalır. Odu ki, hələ heç nə həll olunmayıb. Qalan dörd turda maksimum xal toplamağa çalışmaqla rəqiblərimizin büdrəməsini gözləyəcəyik.

- Son oyunlarınız kifayət qədər fərqli nəticələrlər başa çatdı: öncə “Neftçi”yə böyük hesablı yenilgi (1:7), sonra “Simurq” üzərində darmadağın (5:1) və nəhayət “Rəvan”a yenilgi...
- Biz bu oyunlarda sabitlik göstərə bilmədik. “Neftçi” ilə oyundan öncə yaxşı nəticələr qazanırdıq. “Neftçi” ilə görüşdə isə tamamilə bəxtimiz gətirmədi. “Rəvan”a yenilgi isə kifayət qədər ciddi xal itkisi oldu. Mən hələ də o məğlubiyyətdən sonra özümə gələ bilməmişəm. Bizə o oyunda 3 xal hava-su kimi lazım idi. Ötən mövsüm də biz “Muğan”a uduzmuşduq. Görünür, futbolçularımızın bəzilərinin fikri artıq istirahətdə, qış fasiləsində olduğundan öz oyunumuzu göstərə bilmədik.
 
- AZAL-da çatışmayan nədi ki?
- Düzünü deyim ki, Azərbaycanda sabit komanda yoxdu. Bizim qeyri-sabitliyimizə isə güman ki, ehtiyat oyunçular skamyamızın qısa olması əsas səbəbdi. Hərdən əvəzedici komandanın futbolçularını əsas heyətə cəlb etmək məcburiyyəti yaranırdı. Yəni bir zədə, itki olan kimi, çətinliklərlə üzləşirdik.
 
- Maraqlıdı ki, məhz Elxan Abdullayevin gedişindən sonra AZAL daha yaxşı oynamağa başladı...
- Mən deməzdim ki, biz Abdullayevə görə pis oynayırdıq. Sadəcə, uğursuzluq zolağına düşmüşdük. Dəyişiklik isə bir növ dönüş yaratdı. Məhz ondan sonra nəticə qazanmağa başladıq. Amma yenə deyirəm, uğursuzluqlara görə baş məşqçini günahkar saymıram. AZAL-ın həmin dövrdə sadəcə bəxti gətirmirdi.
 
- Komandanıza son gələn futbolçular arasında kimi fərqləndirərdiz?
- Əgər bütövlükdə götürsək, təbii ki, hücum xəttində Talüs Şützü fərqləndirmək olar. O, son dövrlərdə yaxşı artırıb. Vacib qollara imza atmaqla bizə çox kömək etdi. Digər yenilər kimi, ona da əvvəllər uyğunlaşmaq çətin idi. Amma son dövrlər az qala hər oyunda qol vurur.
 
- Bəs bütövlükdə, komandanın çıxışını necə qiymətləndirərdiz?
- Bütövlükdə, hamıya qiymət verə bilmərəm. Bütün xəttlərdə problemlərimiz var idi. Əlbəttə, yaxşı oyunlarımız da var idi. Amma istənilən halda bu mövsümkü çıxışımızı yüksək qiymətləndirmək çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.