26 dekabr 2011 11:45
“Düşünmürəm ki, Bakı mövsümü bizdən yüksəkdə bitirsin”
Yaxın günlərdə “Bakı”nı “İnter”ə dəyişən Əziz Quliyev azerisport.az saytına müsahibəsində bu keçidini, mövsümü dəyərləndirib, eləcə də Azərbaycan yığmasına qayıtmaq şanslarından danışıb.
- “Bakı”dan ayrılmağınıza nə səbəb oldu?
- Mən “Bakı”nın əsas heyət oyunçusu deyildim. Bu da mənə çox pis təsir edirdi. Mən ora əsas heyətdə oynamaq üçün getmişdim, ehtiyatda qalmaq üçün yox. Mənim ki, 18 yaşım yoxdu. “Turan”la oyunda heç heyətə də salınmadım. Məhz onda qərar verdim ki, nəyisə dəyişmək lazımdı.
- Starkovla söhbətiniz oldu?
- Onunla da, rəhbərliklə də danışdım. Baş məşqçi bildirdi ki, ona rəqabət yaratmaq üçün lazımam. Amma mən “Bakı”ya buna görə gəlməmişdim. Mən o məşqçidən konkret heç nə eşitmədim. Bütün bunlar da adama təsir edir. Komandanın ehtiyat oyunçular skamyasında Savinov, Boret kimi futbolçular da vardı.

- “Bakı”nın mövsümün geridə qalan dövründəki uğursuzluğuna səbəb nə idi?
- Artıq keçmiş komandamın nəticələrinə şərh vermək istəmirəm. Onun öz baş məşqçisi var, qoy cavab versin. Rəhbərlik orda yaxşı nəticə qazanmaq üçün hər cür şərait yaradıb.

- “İnter”ə keçidiniz necə alındı?
- Öz menecerimlə danışdım. Dedi ki, “İnter”ə keçmək variantı var. Paytaxt klubudu, şərait əladı. Təcrübəli məşqçisi, Avropa futboluna yaxın oyunu var.

- Nə vaxt müqavilə bağlayacaqsız?
- Yanvarın əvvəlində tibbi müayinədən keçəcəm. Məhz ondan sonra “İnter”in oyunçusu olacağam.

- Sizcə, burda əsas heyətə düşməyiniz asan olacaq?
- Mənə özümü məşqlərdə göstərmək lazımdı. 2012-ci il mənim üçün çox vacibdi. Hər halda millinin baş məşqçisi Berti Foqtsun da diqqət mərkəzində olacam.

- Bunu alman mütəxəssis özü sizə deyib?
- O, məni dekabrdakı toplanışa dəvət etmişdi. Foqts da görürdü ki, maksimum güclə çalışıram. Mənim arzum Azərbaycan yığmasında çıxış etməkdi.
- “Bakı” mövsümün sonunda “İnter”dən daha yaxşı nəticə qazansa, təəssüflənməyəcəksiz?
- Mənim fikrimcə, “İnter”in çempionluq şansı digərlərindən daha çoxdu. Düşünmürəm ki, “Bakı” mövsümü bizdən yüksəkdə bitirsin. Mən avrokuboklarda çıxış etmək istəyirəm. Hesab edirəm ki, yeni komandamla buna nail olacağam.