26 dekabr 2011 11:54
Azərbaycan yığmasının rəqibi Finlandiya ilə üz-üzə
Futbol üzrə Şimali İrlandiya yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, bu komanda Finlandiya ilə qarşılaşma haqda razılıq əldə edib.
Belə ki, bu iki komanda arasında gələn ilin 15 avqust tarixində yoldaşlıq oyunu keçiriləcək. Görüş Belfastdakı “Vindzor Park” stadionunda baş tutacaq.
Qeyd edək ki, britaniyalılar DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasıyla eyni qrupda yer alır.
