26 dekabr 2011 00:05
“Əsas vurulan qolların sayı yox, komandanın uğurlu nəticəsidi”
"Bu məğlubiyyətsizlik seriyasında klub rəhbərliyi, məşqçilər korpusu, texniki işçilər, futbolçular və azarkeşlərin əməyi danılmazdı. Biz hamımız bir ailəyik və hər kəs komandanın uğuru üçün əlindən gələni əsirgəməməlidi". Azerisport.az xəbər verir ki, bu sözləri artıq 15 oyundu uduzmayan "İnter"in qapıçısı Georgi Lomaya deyib.
Çempionatın ən az qol buraxan komandası olan "İnter"in bu uğurunda gürcü qolkiperin əməyi də az deyil. Amma o, qol buraxmağın əsas olmadığını deyir: "Əsas vurulan qolların sayı yox, komandanın uğurlu nəticələridi".
"İnter"in qapısına təyin olunan 4 penaltidən 3-nü dəf edən Lomaya uğurunun sirrini belə açıqlayıb: "Düzünü desəm, heç özüm də bilmirəm. Hərdən topun vurulan küncü tapıram, hərdən intuisiyam mənə kömək edir". (İnterfan)
