26 dekabr 2011 12:30
İspaniya yığmamıza rəqib olmaq istəmir
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, DÇ-2012-nin pley-off mərhələsində Azərbaycan millisinə rəqib olmaq istəmədiklərini bildirib:
“Mənim fikrimcə, Azərbaycan ən çətin potensial rəqibimizdi. Üstəlik, ora yol da uzaqdı. Bu da əlavə çətinliklər yaradır. Çox ümid edirəm ki, bizə Azərbaycan rəqib olmayacaq”.
“Mənim fikrimcə, Azərbaycan ən çətin potensial rəqibimizdi. Üstəlik, ora yol da uzaqdı. Bu da əlavə çətinliklər yaradır. Çox ümid edirəm ki, bizə Azərbaycan rəqib olmayacaq”.
Qeyd edək ki, DÇ-2012-nin pley-off mərhələsinin püşkatması fevralda keçiriləcək və millimiz həmin mərasimdə İspaniya ilə yanaşı, İtaliya, Serbiya, Portuqaliya, Ukrayna, Çexiya və Rusiyadan birinə rəqib ola bilər.
