26 dekabr 2011 12:52
Samir Musayev də Qarabağa qayıdır
“Qarabağ”ın sabiq hücumçusu Samir Musayev Ağdam klubuna qayıdır. Azerisport.az xəbər verir ki, onun bu dəfəki döndüşü fərqlidi.
Məsələ burasındadı ki, vaxtilə vurduğu qollarla bu komandanın uğurları üçün çalışan forvard bu dəfə “Qarabağ”da məşqçilik fəaliyyəti ilə məşğul olacaq. Lakin o, əsas komandada yox, uşaqlardan ibarət kollektivlərdən birinə rəhbərlik edəcək.
Qeyd edək ki, Musayev yaxınlarda məşqçilik kursunu bitirib və tezliklə məşqçilik fəaliyyətinə başlamaq niyyətindədi. Onun bu sahədəki ilk addımları isə “Qarabağ”da olacaq.
