27 dekabr 2011 14:18
“Oynamırdımsa, bu, o demək deyil ki, Yılmazın gedişinə sevinirəm”
Türkiyənin “Erciyesspor” klubunda çıxış edən Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə ilin yekunları ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- “Erciyesspor”un qış fasiləsinə beşinci pillədə yollanmasını necə qəbul etdiniz?
- Komandamızın çıxışını kifayət qədər uğurlu hesab edirəm. Birinci pillədən cəmi 3 xal geri qalırıq. Bu fərqi cəmi iki tura aradan qaldırmaq mümkündü.
- Son oyunlardakı uğursuzluğu sizin yoxluğunuzla əlaqələndirmək olar?
- Mən hər şeyi bununla bağlamazdım. Belə də olur. Nəyə görə bilmirəm, amma Azərbaycana səfərimdən sonra mənə az güvənməyə başladılar. Amma bu, baş məşqçinin qərarı idi və buna hörmətlə yanaşmağa borcluydum.

- Bəlkə sizin Fikret Yılmazla probleminiz var idi? Hər halda o, müsahibələrinin birində demişdi ki, Amit formasını itirib...
- Bu, onun fikridi. Mən belə düşünmürəm. Əksinə, son dövrlər artıdığımı düşünürəm.
- Artıq bu baş məşqçi istefa verib. Onun komandadan gedişini necə qarşıladınız?
- Düzünü deyim ki, bunu gözləmirdim. Heç onun getməsini istəmirdim də. Bu mütəxəssis vaxtilə mənə çox kömək etmişdi. Əgər mən oynamırdımsa, bu, o demək deyil ki, mən Yılmazın gedişinə sevinirəm.
- Bəs onun gedişinə nə səbəb oldu? Deyilənə görə, baş məçqçi heyətin güclənməsini istəyirmiş, rəhbərlik isə buna razı olmayıb...
- Onun gedişinin konkret səbəbini deyə bilmərəm. Amma belə rəhbərliklə tam razıyam: Bizim heyətimiz belə də ən güclülərdəndi.
- Bu mövsümün sonuna kimi artıq Kemalettin Şentürklə çalışacaqsız. Onunla tanışsız?
- Xeyr, onu heç tanımıram. Amma ümid edirəm ki, onun rəhbərliyi altında daha çox oynayacağam. Məni Kayseridə hər şey qane edir. Burdan heç yerə getməyə hazırlaşmıram.
- Xeyr, onu heç tanımıram. Amma ümid edirəm ki, onun rəhbərliyi altında daha çox oynayacağam. Məni Kayseridə hər şey qane edir. Burdan heç yerə getməyə hazırlaşmıram.
- Yeni təkliflər var?
- Premyer Liqanın bəzi klubları mənim xidmətimdə maraqlıdılar. Həmçinin Türkiyə klubları da mənimlə maraqlanırlar. Amma konkret heç nə yoxdu.
- Premyer Liqanın bəzi klubları mənim xidmətimdə maraqlıdılar. Həmçinin Türkiyə klubları da mənimlə maraqlanırlar. Amma konkret heç nə yoxdu.
- Növbəti ilin fevralında həm əsas, həm də U-21 yığmamızın təlim-məşq toplanışı olacaq. Hansından dəvət almaq istərdiniz?
- Əlbətttə ki, əsas komandadan. Hər şeyi baş məşqçi təyin edir. Amma hesab edirəm ki, milli üçün yetişmişəm.
- Əlbətttə ki, əsas komandadan. Hər şeyi baş məşqçi təyin edir. Amma hesab edirəm ki, milli üçün yetişmişəm.