27 dekabr 2011 14:43
Qarabağda ilin ən yaxşısı məlum oldu
"Qarabağ"da ən yaxşı futbolçu məlum olub. Azerisport.az xəbər verir ki, futbolçular və rəhbərlik arasında keçirilən sorğuya əsasən 2011-ci ilin ən yaxşı oyunçusu müəyyənləşib.
Klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğunun qalibi komandanın albaniyalı legioneri Admir Teli olub. Ötən – 2010/11 mövsümünün də ən yaxşısı olan müdafiəçi ilin oyunçusu olmaq üçün 172 xal toplayıb. Bu da təsadüfi deyil.
Belə ki, Admir il ərzində keçirilən 31 çempionat matçının hamısını əvəzolunmadan keçirərək 3 qol vurub və 3 sarı vərəqə alıb.
30 yaşlı müdafiəçi sorğuda ən yaxın izləyicisi həmyerlisi Ansi Aqolli olub. Teli komanda yoldaşını 14 xal qabaqlayıb. 3-cü olan Rəşad Sadiqov 155, 4-cü olan Rəşad Sadıqov 148 xal toplayıb.
Qeyd edək ki, Maksim Medvedev (2008), Vaqif Cavadov (2009) və Rauf Əliyev (2010) əvvəlki illərdə “Qarabağ”ın ən yaxşısı seçilmişdi.
