27 dekabr 2011 14:55
Araz Abdullayev artıq Yunanıstandadı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev ölkəni tərk edib. Azerisport.az xəbər verir ki, Yunanıstanın "Panionis" klubunun icarəyə götürmək istədiyi futbolçumuz bu səhər Afinaya yola düşüb.
Bakı-İstanbul-Afina reysi ilə yola çıxan Abdullayev "Panionis"irn düşərgəsində yer alacaq. Komandaya uyğunlaşmağa çalışacaq futbolçumuzun yunanlarla yaxın günlərdə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Abdullayev İngiltərənin “Everton” klubuna məxsus olsa da, cari mövsümün ilk yarısını icarə əsasında “Neftçi”də keçirib.
