27 dekabr 2011 15:36
Simurq Kramarenko ilə güclənir
"Simurq" heyətini gücləndirmək yönündə fəaliyyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu hazırda “İnter”in əvəzedici qapıçısı Dmitri Dmitri Kramarenkonun transferini həll etmək üzərində işləyir.
Belə ki, ciddi qapıçı problemi olan bölgə təmsilçisi sözügedən çatışmazlığı məhz təcrübəli qapıçı vasitəsi ilə aradan qaldırmaq istəyir. Dimanın da paytaxt klubunda ehtiyatda qaldığını nəzərə alsaq, bu keçidin rəsmiləşməsində elə də ciddi problem yoxdu. Tərəflərin ilkin razılığa gəldiyi də bildirilir
Qeyd edək ki, “Simurq” artıq “Bakı”nın müdafiəçisi Emin Cəfərquliyevin keçidini həll edib. Zaqatala klubunun bütövlükdə ona yaxın futbolçuyla güclənməsi gözlənilir.
