27 dekabr 2011 16:42

Qurban Qurbanov: İnanıram ki, Qarabağ çempion olacaq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın qış fasiləsinə qədərki dövrünü dəyərləndirib, komandasının planlarından danışıb.
 
- 2011-ci il yadınızda necə qaldı?
- Şübhəsiz ki, daha çox “Qarabağ”ın “Brugge” üzərindəki qələbəsi ilə. Düzdü, mərhələ adlaya bilmədik. Amma belə rəqib üzərində qazanılan qələbə də hər şeyə dəyərdi. Həmçinin bir qəzetin sorğusuna əsasən ilin ən yaxşı məşqçisi seçildim. Mən ümumiyyətlə jurnalistlərə çox hörmət edirəm. Mətbuatın belə münasibəti də məni çox sevindirir.
 
- Arzuladığınız komandanı qura bilmisiz?
- Mənim güclü “Qarabağ” yaratmadağımdan danışmaq olmaz. Bizim formalaşmış heyətimiz artıq üç ildi bir yerdə çıxış edir. Biz daha çox yerli futbolçulara şans verməyə çalışırıq. Amma Azərbaycanda onların sayı azdı. Olanların da klubları ilə müqavilələri var. İndiki zamanda uşaq futboluna böyük diqqət yetirməyə ehtiyac var. Belə olsa, bir neçə ildən sonra yaxşı futbolçular tapmaq mümkün olacaq.
 
- Razısız ki, “Qarabağ” bu mövsümdə də çempionluqdan kənar qalmaq üzrədi?
- Niyə ki? Şans həmişə var. Sadəcə, bunu istəmək lazımdı. Şəxsən mən inanıram ki, “Qarabağ” mövsümü birinci yerdə bitirəcək. Əlbəttə, indi liderlərdən çox geri qalırıq. Amma sona kimi oynamaq lazımdı.
 
- Belə fikir var ki, “Qarabağ”ın çempion olmasına ehtiyac da yoxdu. Çünki Çempionları Liqasından Avropa Liqasına yollanmaq mümkün olmaya da bilər...
- Təbii ki, Çempionlar Liqası tam fərqli səviyyəli turnirdi. Fikrimcə, biz bu turnirdə də normal çıxış edə bilərik. Bunun üçün vaxt da var, imkan da.
 
- Bunun üçün transfer də lazımdı?
- Transfer məsələsi də müzakirə olunacaq. Maraqlandığımız bir neçə oyunçu var. Amma konkret nəsə danışmaq olmaz. Əgər hər mövqeyə bir futbolçu ala bilsək, transfer fəaliyyətimizi uğurlu saymaq olar.
 
- Yəqin ki, bu, üç ildi fasiləsiz çıxış edən futbolçular üçün də müsbət təsirini göstərər...
- Futbolçularımız həqiqətən yorulublar. Mən hətta qorxurdum ki, fasiləyə kimi hansısa oyunçumuz zədələnər. İndi bizim üçün ən əsası yaxşı istirahət etməkdi. Yanvarın 10-da toplaşacağıq. 15-də isə Türkiyəyə yola düşəcəyik. Fevrala kimi hazır olmalıyıq.
 
- Son dövrlər legioner limiti yenidən gündəmə gəlib. Sizin bu məsələyə münasibətiniz necədi?
- Bu haqda heç düşünməmişəm də. Fikrimcə, daha bir azərbaycanlı oyunçuya şans vermək daha yaxşı olardı. Yəni, əcnəbilərin sayının yeddiyə düşürülməsini istərdim.
 
- Ötən il üçün ən yaxşı futbolçu və məşqçi kimi hesab edirsiz?
- Mən öz fikrimi bir neçə dəfə açıqlamışam. Ən yaxşı futbolçu Rauf Əliyevdi. O, həm klubda, həm də yığmada özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ən yaxşı məşqçiyə gəlincə, Arif Əsədov “Neftçi”ni uzun fasilədən sonra çempion etdi, Mirça Rednik isə “Xəzər Lənkəran”a kubok qazandırdı. Amma əgər indi davam edən çempionata görə götürsək, Kaxabet Tsxadadzenin adını çəkərdim. Onun “İnter”i hazırda hamıdan yaxşı oynayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.