27 dekabr 2011 17:25
Neftçi daha iki futbolçunu transferə çıxardı
"Neftçi" klubu daha iki futbolçusunu icarəyə verməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, komandanın gənc qapıçısı Elçin Sadıqov və müdafiəçi Tural Nərimanov digər klublara icarəyə verilmək üçün transferə çıxarılıb.
Paytaxt klubu bu futbolçularla bağlı gələcək təklifləri dəyərləndirməyə hazırlaşır.
Qeyd edək ki, "Neftçi"nin digər futbolçusu Nicat Qurbanov artıq "Simurq" klubuna icarəyə verilib. "Neftçi"nin bir neçə futbolçusu hazırda icarə əsasında başqa klubların formasını geyinir.
