27 dekabr 2011 17:41
Araz Abdullayev rəsmən Panionisdə
"Neftçi"nin yetirməsi Araz Abdullayev icarə əsasında Yunanıstanın "Panionios" klubunda çıxış edəcək. Azerisport.az xəbər verir ki, futbolçunun məxsus olduğu "Everton" və "Neftçi" klublarının razılğına əsasən, Yunanıstanın "Panionios" klubu ilə bu gün rəsmi olaraq icarə müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Araz Abdullayev bu mövsümün sonunadək "Panionios"un heyətində çıxış edəcək.
Qeyd edək ki, Araz Abdullayev bu mövsüm "Neftçi"nin heyətində 8 oyun keçirib, 3 qol vurub.
