27 dekabr 2011 19:00
Ramin Musayev: Təəssüf ki, ən yaxşı yenə legioner futbolçu oldu
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün dekabr ayının futbolçusunun mükafatlandırılması mərasimində maraqlı açıqlamaları ilə diqqət çəkib. Azerisport.az xəbər verir ki, o, “İnter”in gürcüstanlı oyunçusu Baçana Tsxadadzenin ən yaxşı seçilməsi ilə bağlı təşkil olunan tədbirdə bunları dilə gətirib:
“Mən çox təəssüf edirəm ki, Premyer Liqada ayın ən yaxşısı adına yenə legioner futbolçu layiq görüldü. Niyə, özüm də bilmirəm. Gənc futbolçular öz üzərlərində daha çox çalışmalıdılar. Yalnız o halda bizim seçimimiz daha düzgün ola bilər. Əlbəttə, Baçana Tsxadadze də gənc oyunçudu, amma o, Gürcüstan yığmasını düşünür. Klublarımızda daha çox yerli futbolçulara üstünlük verilsə, daha yaxşı olar. Amma legioner limiti barədə danışmaq istəmirəm. Limit dəyişən kimi, yerli futbolçuların da qiyməti qalxır. Elə olanda da futbol qalır kənarda. Çoxları futbolu unudub, ancaq pulu düşünürlər. Buna görə də heç limitin dəyişməsini istəmirəm”.

Musayev Premyer Liqada mövsümün qalan hissəsinin daha maraqlı keçəcəyinə inamını da vurğulayıb: “Bu ildə olan bütün problemləri unutmaq lazımdı. Növbəti ildə isə daha maraqlı çempionat keçirmək gərəkdi. İnanıram ki, birinci altılığın oyunları daha maraqlı olacaq”.