27 dekabr 2011 11:14
Amit Quluzadənin yeni baş məşqçisi bəlli oldu
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Amit Quluzadənin yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi Türkiyənin “Erciyesspor” klubunu bundan sonra Kemalettin Şentürk çalışdıracaq.
Artıq bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Bu gün tərəflərin rəsmi sənədlərə imza atması gözlənilir.
Qeyd edək ki, “Erciyesspor”u mövsümün əvvəlindən Fikret Yılmaz çalışdırırdı. Lakin o, son uğursuzluqların ardından istefa vermək məcburiyyətində qalmışdı. Kemalettin Şentürkə gəlincə, o, ötən mövsüm Kayseri klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib və bu komandayla da yaxından tanışdı.
