27 dekabr 2011 11:47

Fatih Kavlak: Heyət Adamsındı, oyun isə mənim

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, mövsümün qalan hissəsi üçün planlarından danışıb.
 
- Komandaya rəhbərlik etdiyiniz son altı oyunu necə dəyərləndirərdiz?
- Çətin keçdi. Fikir vermisizsə, bu rəqiblərimizdən dördü turnir cədvəlində bizdən yuxarıda qərarlaşan komandalar idi. Nəticədə, üç oyunda qələbə qazandıq, ikisində heç-heçə oldu, yalnız birində məğlub olduq. Azərbaycan kubokunda da bir oyun keçirdik. Hər şey daha pis də ola bilərdi. Amma yaxşı alındı.
 
- Gəlişinizdən bəri komanda nə dərəcədə dəyişib?
- Komanda ruhu dəyişib. Qısa zaman ərzində çox şey etmək mümkün olub. Bu dövr həm mənim, həm də komanda üçün çox vacib idi. Gözlədiyimiz nəticə isə qış fasiləsindən sonra olmalıdı.
 
- Bu komandanı Kavlakın hesab etmək olar, yoxsa hələ də Adamsınkı olaraq qalmaqdadı?
- Heyət Adamsındı. Oyun isə mənim. Mən artıq komandanı görmək istədiyim oyun stilinə uyğunlaşdıra bilmişəm.
 
- “Qəbələ”ni ikinci altılıqdakı AZAL-dan cəmi 3 xal ayırır və yəqin ki, bunun elə də böyük üstünlük olmadığı fikri ilə razısız...
- Biz də bunu böyük üstünlük hesab etmirik. Təkcə AZAL yox, “Rəvan” da ilk altılığa düşməyə iddialıdı. Amma biz qalan oyunlarımızda qələbə qazansaq, bizi heç kim keçə bilməz.
 
- Qış fasiləsində komandada nə kimi dəyişikliklər olacaq?
- Heç kim getməyəcək. Heç bir dəyişiklik planlaşdırmışıq. Heyəti saxlamağı daha düzgün hesab edirik. Bir transfer etməyi planlaşdırırıq. Bir mərkəz hücumçusu almaq istəyirik. Ad çəkmək istəmirəm. Amma Türkiyə Superliqasında çıxış edən hücumçudu.
 
- Hansı klubda?
- Onun hazırkı klubu ilə müqaviləsi var. Danışıqlar isə davam edir və hələ yekunlaşmayıb. Detalları açıqlamağım əleyhimizə işləyə bilər.
 
- Deməli, Serje Cehua ilə buna görə yollarınızı ayırdız?
- Xeyr. Hətta o, qalsaydı da, yeni transfer etməyi planlaşdırırdıq. Cehuanın müqaviləsi ilin sonunda başa çatırdı. Bu üzdən də biz onu yeniləməməyə qərar verdik. Biz ondan gözlədiyimizi ala bilmədik.
 
- Türkiyə toplanışı zamanı kiminlə oynayacağınızı müəyyənləşdirmisiz?
- Beş oyun keçirməyi planlaşdırmışıq. Yanvarın 19-dan fevralın 5-nə kimi olan müddət ərzində Antalyada baş tutacaq həmin oyunlardakı rəqiblərin kimliyi isə hələ dəqiq deyil. Hər halda yaxşı komandalar olacaq.
 
- Qarşıdakı 2012-ci il karyeranızda ən çətin il ola bilər...
- Qarşıdakı il mənim üçün özümü göstərmək şansıdı. Axı “Qəbələ” kimi komandaya rəhbərlik edirəm. Bu şansdan yararlanıb, komandada qalmaq istəyirəm. Mövsümün sonunda avrokuboklara vəsiqə verən ilk dörd yerdən birini tuta bilsək, yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.