27 dekabr 2011 00:01
Azərbaycan klubunda çıxış etmiş futbolçu İran çempionatında
Azərbaycan artıq fəaliyyətini dayandırmış "Standard" klubunun sabiq futbolçusu Hüqo Maçado özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını İranda davam etdirəcək.
Belə ki, portuqaliyalı futbolçu İranın "Zob Ahan" klubu ilə anlaşıb. Qeyd edək ki, Maçado 2009-2010 mövsümündə "Standard"da çıxış edib. Sumqayıt təmsilçisinin heyətində 25 oyun keçirən futbolçu 3 qol imza atmışdı. "Standard"dan ayrılandan sonra Portuqaliya "Naval"ındat çıxış edən futbolçu əvvəllər vətənində "Sporting", "Estrela", "Barreyrense", Cənubi Kiprin isə "Olimpiakos" (Nikosia), "Apollon" və "Alki" klublarında top qovub.
