27 dekabr 2011 13:48
Dekabr ayının ən yaxşı futbolçusu bəlli oldu
Bakının “İnter” klubunun gürcüstanlı hücumçusu Baçana Tsxadadze dekabr ayı üçün futbol üzrə Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. Azerisport.az xəbər verir ki, bu gün ilin yekunlarıyla bağlı Peşakar Futbol Liqasının keçirəcəyi tədbirdə futbolçuya bununla bağlı ənənəvi mükafat təqdim olunacaq.
Qeyd edək ki, dekabr ayında Tszadadzde komandasının keçirdiyi dörd oyunun üçündə - “Simurq”, “Neftçi”, “Xəzər Lənkəran”la görüşlərdə qol vuraraq “İnter”in qələbəsində mühüm rol oynayıb. O, bu yolda “Neftçi”dəki həmkarı Bahodir Nasimovu qabaqlayıb.
