28 dekabr 2011 13:17
Araz sabah Panionisdə debüt edə bilər
Araz Abdullayevi icarəyə götürən Yunanıstanın "Panionios" klubu iki yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçimizin klubu sabah Yunanıstanın üçüncü liqasında çıxış edən "Koropi" ilə qarşılaşacaq.
Afina təmsilçisi ayın 30-da bu komanda ilə daha bir görüşə çıxmalıdı. “Panionis”ə dünən qoşulan Arazın bu matçda meydana çıxması və yeni komandasında debüt etməsi gözlənilir.
Qeyd edək ki, "Panionios" Arazı "Everton"dan mövsümün sonuna qədər icarəyə götürüb.
