28 dekabr 2011 01:37
Millimizin üzvü Acıbademdə reabilitasiyaya başladı
Son oyunlarda ombasında ağrılar hiss edən "Qəbələ"nin müdafiəçisi Vurğun Hüseynov komandanın tibbi tərəfdaşı olan “Acıbadem”in Fulya Sağlamlıq Mərkəzində reabilitasiyaya başlayıb. Azerisport.az xəbər verir ki, futbolçuya “Acıbadem”ın həkimlərinin nəzarəti altında 10 seanslıq reabilitasiya proqramı tətbiq olunacaq.
Hüseynovun dekabrın 9-da Qəbələdə start götürəcək təlim-məşq toplanışına kimi bərpa prosesini yekunlaşdırması və komanda ilə birlikdə məşqlərə çıxması gözlənilir.
