28 dekabr 2011 15:38
Foqts: Azərbaycan millisi son iş yerim olacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bildirib ki, onun hazırkı işi karyerasında son məşqçilik fəaliyyəti olacaq. Azerisport.az xəbər verir ki, o, bu barədə Kickerə müsahibəsində bildirib.
Qeyd edək ki, Foqts 1990-cı ildə 1998-dək Almaniya yığmasının baş məşqçisi postunda çalışıb. Bu komandayla 1996-cı ildə Avropa çempionu adını qazanıb.
Foqts daha sonra Şotlandiya və Nigeriya yığmalarında da çalışıb. Almaniyalı mütəxəssis 2008-ci ildən isə millimizin sükanı arxasındadı və bu yaxınlarda 2014-cü ilədək yeni müqavilə bağlayıb.
