28 dekabr 2011 17:37
Ceyhun Sultanov: Bu, Azərbaycan futboluna böyük zərbə olacaq
“Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov komandanın çıxışını dayandırması ilə əlaqədar azerisport.az saytına müsahibə verib.
- Bu şok məlumatı nə vaxt eşitdiniz?
- Bu gün səhər mətbuatdan oxudum. Saytı açdım ki, yazıblar “Kəpəz” fəaliyyətini dayandırdı”. Bütün uşaqlar bayrama hazırlaşırdılar. Belə bir vaxtda belə məlumat aldıq. Mən klub prezidenti Elmir Əliyevlə də əlaqə saxladım və o, məlumatı təsdiqlədi.

- İndi oyunçular nə etməyə hazırlaşırlar?
- Şəxsən mən bayrama hazırlaşıram. Yeni ildən sonra nə olacağını dəqiq biləcəyik. Fikrimcə, klub çempionatdakı çıxışını dayandırmalı olsa, PFL oyunçuları müdafiə etməlidi. Bizə azad agent statusu verilməlidi.

- Sonradan belə bir məlumat da yayıldı ki, klubun Premyer Liqadakı iştirakı mümkün olacaq...
- Hələ heç kim heç nə bilmir. Yaxşı olardı ki, oyunçuları da düşünsünlər. Hələ futbolçular bu xəbərin şokundan ayılmayıblar.
- “Kəpəz”in futbolçularına borcu yox idi ki?
- Xeyr, bizim pulla bağlı heç bir problemimiz olmayıb. Buna görə də bu xəbər bizim üçün çaşqınlıq yaradıb.
- Xeyr, bizim pulla bağlı heç bir problemimiz olmayıb. Buna görə də bu xəbər bizim üçün çaşqınlıq yaradıb.
- Hesab etmirsiz ki, bu, Mirbağır İsayevin istefası ilə bağlıdı?
- O, yaxşı məşqçidi. Sadəcə, onun “Kəpəz”də özünü göstərməsinə vaxt olmadı. İsayev heç öz heyətini də qura bilmədi. O, məğlubiyyətlərimizin səbəbkarı deyildi. Baş məşqçiyə vaxt vermək lazım idi.
- O, yaxşı məşqçidi. Sadəcə, onun “Kəpəz”də özünü göstərməsinə vaxt olmadı. İsayev heç öz heyətini də qura bilmədi. O, məğlubiyyətlərimizin səbəbkarı deyildi. Baş məşqçiyə vaxt vermək lazım idi.
- O, bildirib ki, komandaya sifarişlə gətirilən oyunçular var...
- Mən bunu şərh etmək istəmirəm. Əslində hər bir Azərbaycan klubunda sifarişli futbolçular var. Əgər kimsə bunun olmadığı desə də, yalan danışmış olar. Sadəcə, baş məşqçilərə onları oynatmağı tapşırmırlar. Yəni elələri adətən ehtiyatda qalırlar.
- Maraqlıdı ki, “Kəpəz” artıq ikinci dəfə Fuad İsmayılov komandaya başçılıq etdiyi dövrdə dağılır...
- Bu, onun günahı deyil. Qoy hamı bilsin ki, Gəncədə hamı futbolu sevir. Hamı istəyir ki, bu komanda çempionatda çıxış etsin. Sadəcə, heç kim komandaya kömək etmək istəmir. Bu klubun dağılması Azərbaycan futboluna böyük zərbə olacaq.