28 dekabr 2011 17:45

Fətiyev Kəpəzin çıxışını dayandırmasının səbəblərini açıqladı

"Kəpəz" futbol klubunun fəaliyyətinin dayandırılması və digər məsələlərə rəsmi münasibət açıqlanıb. Azerisport.az xəbər verir ki, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev çərşənbə günü “Trend”ə eksklüziv müsahibəsində bildirib ki, "Kəpəz"in fəaliyyətinin dayandırılmasının səbəbi mövcud sponsorlar tərəfindən klubun maliyyələşdirilməsinin dayandırılmasıdı. Onun sözlərinə görə, bu onunla izah olunur ki, sponsorlar gündən-günə daha çox təzyiqlər olan kluba artıq maliyyə ayırmaq istəmirlər:
 
"Gəncə futboluna qarşı olanlara xatırlatmaq istərdim ki, Azərbaycanın ikinci böyük şəhəri uzun illər futboldan məhrum olub. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə dövlət səviyyəsində həyata keçirilən futbolun inkişafı siyasətinə qarşı çıxmaqdır. Klub öz fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevin təşəbbüsü və köməyi nəticəsində bərpa edib və hər zaman bu dəstəyi hiss edib".
 
O, şəhərin futbol pərəstişkarlarını əmin edib ki, mövcud neqativ məsələnin həll olunması üçün Gəncə Regional Futbol Federasiyası bütün səylərini nümayiş etdirəcək. Fətiyev klubun məşqiçisinin istefaya göndərilməsi məsələsinə də münasibət bildirib.
 
"Kəpəz" klubu məşqçi Mirbağır İsayevi öz komandasına qələbə qazandıra bilməməsi səbəbi ilə vəzifəsindən uzaqlaşdırıb. Bu, məşqçini azad etməyin yeganə səbəbidi".
 
Fətiyev bildirib ki, klub rəhbərliyi isə ona güzəştə gedərək istefaya getmək formasının özü tərəfindən seçilməsi imkanını verib: "Lakin İsayev bundan istifadə edib, özünü ucuz reklam etdirməyi qərara aldı. İstənilən məşqçinin və idmançının reytinqi onun göstərdiyi nəticələr, uğurlar və qələbələrlə ölçülür. İstefaya göndərilən məşqçidə isə bunlar yox idi".
 
Fətiyev ölkə futbolundakı hakimliyin səviyyəsi ilə bağlı verdiyi bəyanata qarşı olan kəskin iradlara da öz münasibətini açıqlayıb:
 
"Mənim hakimliyin səviyyəsinin qaldırılması ilə bəyanatım idman funksionerləri tərəfindən şiddətlə qarşılandı. Lakin onlar yaxşı olardı ki, mənim sözlərimin dərinliyinə getsinlər. Mən mövcud problemlərin həllinə çağırmışdım və onların buna etiraz etməsi vəziyyətin belə qalmasına razılığın, şəxsi maraqların olmasının göstəricisidi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.