28 dekabr 2011 18:00
Neftçinin müdafiəçisi Sumqayıt Şəhərdə!
“Neftçi”nin müdafiəçisi, 1992-ci il təvəllüdlü Tərlan Quliyev yeni ildən etibarən “Sumqayıt Şəhər” klubunda çıxış edəcək. Azerisport.az bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılıqlı razılaşma əsasında mövsümün sonunadək icarə əsasında oynayacaq futbolçu yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Qeyd Tərlan Quliyev eyni zamanda 21 yaşadək futbolçulardan ibarət milli komandanın əsas heyət üzvüdü.
