28 dekabr 2011 18:24

“Əsas yığmada çıxış etmək ən böyük arzumdu”

“Sumqayıt” Futbol Klubu qış “transfer pəncərəsi” dövründə ilk transferini rəsmiləşdirdi. Azerisport.az xəbər verdiyi kimi, “Neftçi”nin və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sol cinah müdafiəçisi Tərlan Quliyev ikinci dövrədən etibarən bu komandanın formasını geyinəcək. Quliyev “Sumqayıt” Futbol Klubunun rəsmi saytına müsahibə verib.
 
- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?
- Mövsümə yaxşı başladım. Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt”la oyunda mövsümdə ilk dəfə meydana start heyətində çıxdım. Karyeram ərzində ikinci dəfə “Neftçi”nin heyətində 90 dəqiqə meydanda oldum. Daha sonra dizimdən zədə aldım. Buna görə, bir ay yaşıl meydanlardan kənarda qaldım. Birinci dövrədə “Simurq”la qarşılaşmada da bütün oyunu meydanda olmuşam. AZAL-la görüşdə isə ikinci hissədə komandaya kömək etmişəm. U-21-in heyətində İngiltərə və Belçika milliləri ilə səfər qarşılaşmalarında 90 dəqiqə meydanda olmuşam. Zədəli olduğum üçün isə Bakıda keçirilmiş Norveç və Belçika ilə oyunlarda iştirak edə bilməmişəm.
 
- “Sumqayıt” Futbol Klubuna gəlişin necə baş tutdu?
- İki ay bundan əvvəl “Sumqayıt” Futbol Klubunun mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, bir necə bölgə təmsilçisi də xidmətimdə maraqlı idi. Lakin özüm gənc olduğum üçün gənclərlə oynamağa üstünlük verdim. Digər bir məsələ isə Sumqayıtın evimə yaxın olması idi. Bir neçə gün əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə söhbətləşdim, “Neftçi”nin rəhbərliyi isə bu kluba keçməyimə icazə verdi.
 
- Yeni klubun haqqında nə deyə bilərsən?
- Bu layihəni çox bəyənirəm. Hamı bu layihənin tezliklə Azərbaycan futboluna verdiyi bəhrənin şahidi olacaq. Bildiyiniz kimi, “Sumqayıt” gənc və əslən azərbaycanlı futbolçulardan qurulub. Bu komandada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ” və AZAL kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt” inamlı müdafiəsi yadda qalan komandadır. Ümid edirəm ki, arxa xəttə mənimdə köməyim dəyəcək. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun rəğbətini qazanmaq istəyirəm. Əsas yığmada çıxış etmək ən böyük arzumdur.
 
- Komandaya nə vaxt qoşulacaqsan?
- Yanvarın 5-dən etibarən klub Bakıda təlim-məşq toplanışına toplaşacaq. Mən də bu tarixdən etibarən klubla olacağam. Daha sonra “Sumqayıt”la Antalyada təlim-məşq toplanışına yollanacağam.
 
- “Sumqayıt”ın baş məşqçisi Bernhard Raabla görüşmək imkanın olubmu?
- Yox, Raabla görüşmək imkanım olmayıb. Uşaqlardan aldığım məlumata görə, çox təcrübəli məşqçidir.
 
- “Sumqayıt”da 3 nömrəli futbol formasını geyinəcəksən. U-21-də də eyni nömrəli formada çıxış edirsən. 3 nömrəli forma nəyə işarədir?
- Uşaq yaşlarımdan “Milan”ın və İtaliya millisinin müdafiəçisi Paolo Maldininin azarkeşiyəm. Mənim üçün italiyalı futbolçu dünyanın ən güclü sol cinah müdafiəçisidir. Maldininin azarkeşi olduğum üçün 3 nömrəli formanı seçdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.