28 dekabr 2011 18:55
AZAL-ın yeni baş məşqçisi müəyyənləşdi
AZAL PFK-nın yeni baş məşqçisi məlum olub. Azerisport.az xəbər verir ki, Elxan Abdullayevin gedişindən sonra komandanın fəaliyyətinə rəhbərlik edən Rafiq Mirzəyev yeni vəzifəyə təyinat alıb.
Belə ki, bu gün klub prezidenti Zaur Axundovun əmrinə əsasən Rafiq Mirzəyev AZAL PFK-nın baş məşqçisi təyin olunub. O yaxın günlərdə yeni vəzifəsinin icrasına başlayacaq.
Məlumatı klubun rəsmi saytı yayıb.
