28 dekabr 2011 11:07
Kəpəz fəaliyyətini dayandırdı
"Kəpəz" futbol klubu fəaliyyətini dayandırıb. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib. Onun sözlərinə görə, bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət olunub.
Hətta bununla bağlı klub rəhbərliyinin Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət etdiyi də deyilir. "Kəpəz"in fəaliyyətini dayandırmasının səbəbləri açıqlanmır.
Qeyd edək ki, komanda qış fasiləsinə 10-cu pillədə yollanıb. Ötən mövsüm 9-cu olan Gəncə klubu tarixi ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşayıb, 4 dəfə kuboku qazanıb.
"Kəpəz" 2006-cı ildə də fəaliyyətini dayandırmışdı. Gəncə təmsilçisi 3 illik fasilədən sonra fəaliyyətini bərpa edib Premyer Liqaya qayıtmışdı.
"Kəpəz" son bir ayda iki baş məşqçi dəyişib. Mehman Allahverdiyevin istefaya göndərilməsindən sonra baş məşqçi postunu tutan Mirbağır İsayev öz istəyi ilə klubdan ayrılıb.
