28 dekabr 2011 11:22
“Azərbaycanda daha çox bir şey üzücüdü – qazonların vəziyyəti”
“Bakı”nın müdafiəçisi Denis İvanov komandasının bu mövsümkü çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Həm yaxşı, həm də pis oyunlarımız var idi. Prinsipcə, pis oynamadıq. Xal itkilərimiz az olmadı. Amma bunu təkcə biz itirmirdik. İstənilən rəqibini məğlub etməyi bacaran komanda yoxdu. Razıyam ki, biz də qeyri-sabit çıxış edirik. Yəqin ki, hələ öz oyunumuzu tam tapmamışıq. Lənkərandakı son oyunda isə bəzi futbolçularımızın yoxluğu sözünü dedi. Şoliç, Çesnauski, Elvin Əliyevlə Elvin Məmmədov komandaya kömək edə bilmirdi. Əlbəttə, biz çalışırıq ki, beşinci yerdən daha yaxşısına nail olaq. Hər halda vəziyyəti düzəltmək üçün vaxtımız olacaq. Yaxşı futbolçularımız, komandamız var. Bu üzdən daha yüksək yerlərə ümid edə bilərik. Qarşıda vacib oyunlar var. Hər şey dəyişə bilər”.

İvanov Azərbaycan çempionatı, rəqibləri haqda da düşüncələrini bölüşüb: “Yaxşı komandalar var. “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, AZAL və “Rəvan”ı qeyd edərdim. Futbolçulara gəlincə, təkcə legionerləri yox, yerliləri də qeyd etmək olar. Amma düzünü desəm, yarım ilə görə Azərbaycan çempionatına dəqiq qiymət vermək çətindi. Fikrimcə, əsas təəssürat qarşıdakı müddətdə yaranacaq. İndi daha çox bir şey üzücüdü – qazonların vəziyyəti. Klubların səviyyəsi isə yüksəkdi”.