28 dekabr 2011 11:44
“Bakıda atmosfer daha yaxşıdı, nəinki Sivassporda”
“Bakı”nın müdafiəçisi Denis İvanov hazırkı komandasını bundan əvvəl çıxış etdiyi Türkiyənin “Sivasspor” klubu ilə müqayisə edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim Türkiyə çempionatını Azərbaycan Premyer Liqasına dəyişməyimi ölkəmdə başa düşmürlər? Mən onların qarşısında özümə bəraət qazandırmağa çalışmıram. Bəli, Türkiyədə hər şey super idi. Əla atmosfer, azarkeşlər var idi. Amma “Sivassor”da vəziyyət fərqli idi. Məsələ burasındadı ki, yeni baş məşqçi Rza Çalımbay özü ilə 16 futbolçu gətirdi. O, mənə açıq bildirdi ki, ciddi iradı olmasa da, əsas heyətdə yer verməyəcək. Mənə isə yığmaya görə oynamaq lazım idi. Düzünü desəm, oranın azarkeşləri, stadionu üçün darıxıram. Amma əvəzində yeni klubumda kollektiv daha mehribandı. “Bakı”dakı atmosfer mənim daha çox xoşuma gəlir. Azərbaycan paytaxtı da ürəyimcədi”.
