28 dekabr 2011 11:58
PFL Kəpəzi elitada saxlamağa çalışacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Kəpəz”in fəaliyyətini dayandırmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz “Kəpəz”dən məktub almışıq. Orda klubun fəaliyyətinin dekabrın 30-da dayandırılacağı bildirilir. Amma bunun səbəbi izah edilməyib. Mən klubun prezidenti Elmir Əliyevə zəng etsəm də, telefonu bağlı idi. PFL hər şeyi edəcək ki, “Kəpəz” ən azı mövsümün sonuna kimi çempionatda qalsın. Bu klub Azərbaycan Premyer Liqasında oynamalıdı. Bundan sonra onlara yeni sponsor tapmalıyıq. Əsas odu ki, Gəncə kimi futbol ənənələri olan şəhərdə böyük futbol məhv edilməsin”.