28 dekabr 2011 00:03
Bakıda yeni 10 nömrə (FOTOREPORTAJ)
"Bakı" futbol klubu ənənəsinə sadiq galaraq ilin yekinlarını Dünya Azərbacanlıların Həmrəylik günü və qarşıdan gələn Yeni il şənlikləri ilə başa vurub. Azerisport.az xəbər verir ki, "Bakı"nın uşaq futbol akademiyasının müdavimlərinin və onların yaxınlarının, klub personalının da qatıldığı tədbir 3 hissədən ibarət olub.
Mmusiqili-əyləncəli proqram zamanı sirk ustaları, cizgi filmi personajları, şən klounlarla bərabər heyvanlar da çıxış ediblər. Şaxta Baba həmişəki kimi səxavətli və tobası dolu olub. 7 nominasiya üzrə qaliblərə, ilin fanatı seçilən Murad Məmmədova xüsusi mükafatlar təqdim olunub. Sevimli muğənni Eyyub Yaqubov da bü gün bakısevərlərin arasında idi. Eyyuba 10 nömrəli "Bakı" forması xatirə kimi təqdim olunub.
Rəngarəng və maraqlı bayram axşamı qonaqları və gənc futbolçuları xeyli məmnun qoyub.
