28 dekabr 2011 00:17
PFL prezidentindən yeni təklif
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azərbaycanlı futbolçuların hərbi xidmət məsələsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Gənc futbolçularımız hərbi xidmətə çox pis vaxtda çağırılırlar. Onlara müəyyən qədər vaxt verilməlidi ki, futbolla məşğul olsunlar. Ondan sonra isə hərbi xidmət haqda düşünmək olar. Məsələn, onların 30 yaşdan sonra da hərbi xidmətə getməsi mümkündü. Əks halda biz futbolçularımızı belə itirmiş olacağıq”.
