28 dekabr 2011 00:45
Bakı daha iki futbolçuya qapını göstərdi
“Bakı” daha iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkov bu dəfə legionerlərdən imtina edib.
Belə ki, yarımmüdafiəçi Ernad Skuliçlə müqaviləyə xitam verilib. Ruslan Leviqa ilə müqavilənin isə vaxtı bitdiyindən tərəflər yeni anlaşma imzalamaq istəməyiblər.
Qeyd edək ki, “Bakı” buna qədər daha iki oyunçusu ilə yollarını ayırmalı olmuşdu. Belə ki, Əziz Quliyev müqaviləsinin müddəti bitdiyindən paytaxtın digər klubuna – “İnter”ə keçib. Müdafiəçi Emin Cəfərquliyev isə “Simurq”a icarəyə verilib.
