28 dekabr 2011 00:53
Ramin Musayev: Biz yığmanı unuda bilmərik
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının təqvimində edilən dəyişiklikərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizin qarşıdakı təlim-məşq toplanışı ilə bağlı edilən dəyişikliklərlə bağlı bunları dilə gətirib:
“Təqvimdə elə də güclü dəyişikliklər baş verməyib. Əvvəlcə Berti Foqtsla müqavilənin müddətinin uzadılıb-uzadılmayacağı sual altında idi. Buna görə də millinin toplanışının dəqiq vaxtını bilmirdik. Amma sonradan hər şey dəqiqləşdi və belə dəyişiklər etmək lazım gəldi. Biz hər zaman klubların yanındayıq. Amma yığmanı da unutmaq olmaz”.
