28 dekabr 2011 12:55
Denis İvanov: Vüqar Əsgərovdan hər şey gözləmək olar
“Bakı”nın müdafiəçisi Denis İvanov bu yaxınlarda Azərbaycan yığmasına dəvət olunan hücumçu Vüqar Əsgərovla dostluğundan danışıb. Latviyalı futbolçu azerisport.az saytına müsahibəsində Lyepaya “Metallurg”unda çıxış edən həmyerlimizlə bağlı bunları dilə gətirib:
“Onun haqda ancaq xoş sözlər deyə bilərəm. Zarafatcıl, şən oğlandı. Onunla söhbətləşmək çox xoşdu. Vüqarda pessimistlik olmur, ancaq müsbət enerji almaq mümkündü. Biz onunla gənclərdən ibarət komandada birgə çıxış edirdik. Onun hazırkı formasına gəlincə, artıq üç ildi Latviyadan kənarda çıxış edirəm və Vüqarın indi necə çıxış etməsindən xəbərsizəm. Amma millinin son toplanışında onunla birgə olan azərbaycanlı oyundaşlarımın sözlərinə görə, Vüqar hamını təəccübləndirməyi bacarıb. Yəni ondan hər şey gözləmək olar (gülür).
