29 dekabr 2011 13:57
AZAL Antalya toplanışından imtina etdi
AZAL-ın qış hazırlıq planları dəyişib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ölkə xaricində təlim-məşq toplanışı keçirməkdən imtina edib.
Məlum olduğu kimi, paytaxt klubu digər Premyer Liqa təmsilçiləri kimi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirməyə hazırlaşırdı. Lakin son məlumatlara görə, rəhbərlik bu toplanışa yollanmamağa qərar verib.
Belə ki, “təyyarəçilər” mövsümün qalan hissəsinə elə Bakıda hazırlaşacaqlar. Komanda yanvarın 10-dan təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi dövründə AZAL-ın Gürcüstan klublarından biri ilə yoldaşlıq oyunu keçirməsi də planlaşdırılır.
