29 dekabr 2011 14:26

Almaniya mətbuatı: Foqts dəli olub

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts müsahibəsində komandamızdan, eləcə də Münhenqladbax “Borussia”sından danışıb. O, öncə Milad bayramını necə qeyd etmələri haqda məlumat verib:
 
“Milad gününü öz oğlum Yustun və bir neçə dostumla qeyd etdim. Sadə və təvazökar bir bayram oldu”.
 
Foqts bildirib ki, hələ istirahət haqda düşünmür. Bu yaxınlarda millimizlə iki illik yeni müqaviləyə imza atan almaniyalı mütəxəssis ən azı müqaviləsinin sonuna kimi çalışacağını bildirib: “Təqaüd? Mən hələ bu barədə düşünmürəm. 2012-ci ili də yollarda keçirəcəm. Çoxlu toplanışlarımız, oyunlarımız olacaq”.
 
Millimizin çalışdırıcısı bildirib ki, komandamızı DÇ-2014-ə çıxarmaq istəyir: “Biz DÇ-2014-ün final mərhələsinə iddialıyıq”. Yeri gəlmişkən, burda Almaniya mətbuatı Foqtsun dəli olduğuna da işarə vurub. Yəni o, hər şeyə rəğmən, belə xəyallara da düşür.
 
“Mənim yeni tələblərim ola bilər ki, kimlərəsə ağır və sərt görünsün. Amma bu, müasir futbolda mümkün olan şeylərdi. Azərbaycanda da bunu başa düşən insanlar var”.
 
Foqts keçmiş komandasının – “Borussia”nın hazırkı durumuna da toxunub: “Mənim və oğlumun bu komandanın bu oyunlarına VİP biletim var. Komandanın hazırkı oyunu xoşuma gəlir. Lyusen Favr gənclərə üstünlük verdi və bu da faydasını göstərməkdədi”.
 
Qeyd edək ki, sabah Foqts 65 yaşını qeyd edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.