29 dekabr 2011 14:31
XL Türkmənistan yığması ilə üz-üzə
“Xəzər Lənkəran”ın Antalya toplanışında beş yoxlama oyunu keçirəcəyi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu oyunların üçündə rəqib olacaq komandalar müəyyənləşib.
21 yanvar taxridə “Xəzər Lənkəran” Türkmənistan milli komandası ilə qarşılaşacaq. Bundan üç gün sonra, 24 yanvarda isə komanda Albaniyanın “Teuta” klubu ilə oyunda qüvvəsini sınayacaq. Yanvarın 29-nda isə Qazaxıstanın “Atırau” klubu “ağ-yaşıllar”a rəqib olacaq.
Yaxın günlərdə digər iki yoxlama görüşündə rəqib olacaq komandaların da adları açıqlanacaq. Məlumatı klubun rəsmi saytı yayıb.
