29 dekabr 2011 14:50
Vaqif Cavadovdan doğru seçim
Rusiyanın "Volqa" klubunun azərbaycanlı hücumçusu Vaqif Cavadov bu ölkənin Premyer Liqasında 2011-ci ilin ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda iştirak edib. Azerisport.az xəbər verir ki, “Sport-Ekspress” qəzeti Premyer Liqanın 16 iştirakçısının hər birindən meydanda olanların sayı qədər, yəni 11 futbolçunun fikirlərini öyrənib.
“Volqa”nın “11-liy”i arasında yer alan 22 yaşlı hücumçumuz həmkarı Seydu Dumbiyanı (CSKA) 1-ci, Rusiya vətəndaşlığını daşıyan soydaşı Aleksandr Səmədovu 2-ci, “Dinamo”nun digər futbolçusu Andrey Voronini 3-cü yerdə göstərib.
Fil Dişi Sahili yığmasının da üzvü olan Seydu 288-ci xalla 1-ci olduğundan, Vaqifin seçimi özünü doğruldub. Onun 3-cü saydığı Voronin 190 xalla 2-ci olub. 3-cü yeri “Zenit”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Danni 119 xalla tutub. Səsvermədə 8-ci olan Səmədov 21 xal toplayıb. Aleksandr isə sorğuda Andreyi 1-ci, Dumbiyanı 2-ci, “Dinamo”da birgə oynadığı İqor Semşovu 3-cü yerdə göstərib.
