29 dekabr 2011 15:22
Qarabağ Avstriya klubu ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, “Qarabağ” hazırda istirahətdədi. Azerisport.az xəbər verir ki, yanvarın 10-da yığışacaq komanda 5 gün Bakıda məşq edəcək.
Yanvarın 15-də isə komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. “Qarabağ” Antalyanın Belek bölgəsində yerləşən “Arkadia Limak” otelində məskunlaşacaq. Fevralın 4-nə kimi qardaş ölkədə qalacaq komanda bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
“Qarabağ” yanvarın 21, 25, 27, 31-i və gevralın 3-də hazırlıq matçı oynayacaq. Artıq ilk 2 rəqib bəllidi. Yanvarın 21-də komanda Qazaxıstan superliqa təmsilçisi “Taras”la qarşılaşacaq. Yanvarın 25-i isə rəqib Avstriyanın ünlü “Rid” komandası olacaq. Avstriyalılarla oyunun keçirilmə vaxtı da məlumdu. Görüş 15:15-ə planlaşdırılıb.
“Qarabağ”ın digər rəqiblərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Məlumatı klubun rəsmi saytı yayıb.
