29 dekabr 2011 16:14
XL-da ən yaxşılar: Pit və Parks
Yekunlaşmaqda olan 2011-ci təqvim ilində “Xəzər Lənkəran” rəqiblərinin qapısından 54 qol keçirib. Azerisport.az xəbər verir ki, bu qollardan biri avtoqol nəticəsində vurulub, digər 53 topun müəllifi isə komandada forma geyən futbolçular olub.
53 qol 16 müxtəlif futbolçu tərəfindən vurulub. Bu il ən çox fərqlənmiş futbolçu hazırda sözügedən komandada çıxış etməyən Uinston Parksdı. O, yeddi dəfə rəqib qapılarına yol tapıb. Hazırda “Xəzər Lənkəran”da çıxış edənlərdən isə Opara və Vobay ən yaxşı göstəriciyə malikdirlər - hərəyə 6 qol.
| № | Oyunçular | Qol sayı | Qeyd |
| 1 | Uinston Parks | 7 | komandadan ayrılıb |
| 2-3 | Julius Vobay | 6 | |
| 2-3 | Emeka Opara | 6 | |
| 4 | Branimir Subaşiç | 5 | |
| 5 | Katalin Doman | 4 | |
| 6-11 | Adrian Pit | 3 | |
| 6-11 | Antonio Semedo | 3 | |
| 6-11 | Deyan Rusiç | 3 | |
| 6-11 | Elnur Abdullayev | 3 | |
| 6-11 | Hristu Kyaku | 3 | komandadan ayrılıb |
| 6-11 | Rahid Əmirquliyev | 3 | |
| 12-13 | Adrian Skarlatake | 2 | komandadan ayrılıb |
| 12-13 | Andrei Mureşan | 2 | |
| 14-16 | Eder Bonfim | 1 | |
| 14-16 | Rikardo Qomeş | 1 | |
| 14-16 | Zahid Quliyev | 1 |
2011-in ən yaxşı assistenti isə Adrian Pitdi. Rumın yarımmüdafiəçi altı dəfə komanda yoldaşlarına qol vurmaq üçün şərait yaradıb. Onu da qeyd edək ki, Pit bu il komandanın iştirak etdiyi hər üç turnirdə qol assistentliyi ilə yadda qalıb.
| № | Oyunçu | Assist sayı | Qeyd |
| 1 | Adrian Pit | 6 | |
| 2-4 | Eder Bonfim | 3 | |
| 2-4 | Hristu Kyaku | 3 | komandadan ayrılıb |
| 2-4 | Julis Vobay | 3 | |
| 5-8 | Andrei Mureşan | 2 | |
| 5-8 | Antonio Semedo | 2 | |
| 5-8 | Elnur Abdullayev | 2 | |
| 5-8 | Rahid Əmirquliyev | 2 | |
| 9-14 | Eıvin Beqiri | 1 | |
| 9-14 | Emeka Opara | 1 | |
| 9-14 | Katalin Doman | 1 | |
| 9-14 | Mario Rosas | 1 | |
| 9-14 | Simao Bruno | 1 | komandadan ayrılıb |
| 9-14 | Uinston Parks | 1 | komandadan ayrılıb |
