29 dekabr 2011 16:35
Qəbələyə ağır itki üz verib
“Qəbələ” Futbol Klubuna ağır itki üz verib. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında klubun əməkdaşı Elnur Müdaxirov və atası İttifaq Müdaxirov avtomobil qəzasında dünyalarını dəyişiblər.
2010-cu ildən klubda fəaliyyət göstərən Elnur gələcək vəd edən təbii ot örtüyü mütəxəssislərindən hesab olunurdu. “Qəbələ” Futbol Klubunun kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
