29 dekabr 2011 17:51
Millimiz Neftçidən güclü oldu (FOTOREPORTAJ)
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Neftçi”nin U-19 komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Ruslan Nəsirlinin vurduğu 3 qol sayəsində qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
