29 dekabr 2011 18:04
Qəbələ Krivbass və Atırau ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən sonra bütün komandalar kimi “Qəbələ” də istirahətə buraxılıb. Klubdan verilən məlumata görə, komandanın yenidən bir araya gəlməsi yanvarın 9-a planlaşdırılır.
Azerisport.az xəbər verir ki, ertəsi gündən etibarən isə məşqlərə start veriləcək. Yanvarın 19-a qədər hazırlıqlar Qəbələdə davam etdiriləcək. Daha sonra isə toplanışın ikinci mərhələsi üçün komanda Antalyaya yollanacaq. Yanvarın 19-dan fevralın 4-ə qədər Antalyada - “Gloria Sereniti” mehmanxanasında məskunlaşacaq komanda toplanış zamanı ən azı 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Rəqiblərdən hələki ikisi məlumdu. Bunlar Qazaxıstanın "Atırau" və Ukraynanın "Krivbass" klublarıdı. Komanda son yoxlama oyununu fevralın 3-də keçirəcək. Serje Cehua ile yolları ayıran komanda qış fasiləsində 1 və ya 2 əcnəbi futbolçunu heyətinə qatmağı planlaşdırır. (PFL)
