29 dekabr 2011 18:13
Rəvan 5 futbolçu ilə yollarını ayırdı
“Rəvan”ın qış fasiləsində bir sıra futbolçuları ilə yollarını ayıracağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hələ onların dəqiq siyahısını rəsmi olaraq açıqlamayıb.
Lakin onlardan əksərinin adları məlum olub. Belə ki, məşqçilər korpusu hələlik beş futbolçuya qapını göstərib. Onlar Davud və Natiq Kərimi qardaşları, Anar Qasımov, Səbuhi Həsənov, eləcə də rusiyalı legioner Şarapuddin Şalbuzovdu.
Qeyd edək ki, “Rəvan” gedənlərin əvəzində bir legioner hücumçu, eləcə də digər klublarımızdan və əvəzedici heyətdən 3-4 gənc oyunçu ilə güclənməyi planlaşdırır.
