29 dekabr 2011 21:55
Berti Foqtsun yeni köməkçisi müəyyənləşdi
Etibar Tarıverdiyev Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi vəzifəsinə təyin olunub. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Xatırladaq ki, millimizdə eyni vəzifədə çalışan digər məşqçi almaniyalı mütəxəssis Ulrix Ştayndı. Tarıverdiyev də onunla birgə çalışacaq.
Qeyd edək ki, daha öncə millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizov idi. Tarıverdiyevin təyinatından sonra onun aşağı yaş qruplarından ibarət yığma komandaların hər hansı birində analoji vəzifəyə təyinatı nəzərdə tutulub.
