29 dekabr 2011 11:27
Azərbaycan haqda danışmaq istəmədi
Futbol üzrə Şimali İrlandiya yığmasının yeni baş məşqçisi Martin O`Nil bu posta təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Mənim üçün ölkəmin yığma komandasının baş məşqçisi olmaq böyük şərəfdi. Mən bir şimali irlandiyalı kimi yığmada 33 oyun keçirməyimlə də fəxr edirəm. İndi isə məlum ambisiyaları olan bir komandaya rəhbərlik hüququ qazanmışam”.
“Mənim üçün ölkəmin yığma komandasının baş məşqçisi olmaq böyük şərəfdi. Mən bir şimali irlandiyalı kimi yığmada 33 oyun keçirməyimlə də fəxr edirəm. İndi isə məlum ambisiyaları olan bir komandaya rəhbərlik hüququ qazanmışam”.
O`Nil yığmaya uğur qazandıra biləcəyinə inanır: “Əminəm ki, komandamız böyük inkişafa nail ola bilər. Bizdə böyük futbol ənənələri var. Amma bu ənənələr yeni uğurlar istəyir. Ümidvaram ki, biz bu uğuru qazana biləcəyik. Elə qarşıdakı əsas turnirdə - DÇ-2014-ün seçmə mərhələsində də bütün rəqiblərimizə müqavimət göstərə bilərik”.
O, hədəflərindən də danışıb: “Mənim ilk vəzifəm yığma üzvlərində özlərinə inamı geri qaytarmaq olacaq. Onlar sadəcə öz ölkələrinin yığmasında oynamağı ürəkdən istəmələdilər. Bizim görüləsi işlərimiz çox olacaq. Futbolçular bu yolda əzmlə, var gücləri ilə çalışmalıdılar”.
DÇ-2014-ün seçmə mərhələsi ilə bağlı danışarkən, O`Nil konkret rəqiblər barədə fikir söyləməkdən imtina edib: “Seçmə mərhələnin startına hələ xeyli müddət qalır. Buna görə də mən indidən hansısa nəticələr çıxarmaq, fikir söyləmək istəmirəm”.
Qeyd edək ki, Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla birgə F qrupunda yer alır. Bu komandayla yanaşı qrupumuzda Portuqaliya, Rusiya, İsrail və Lüksemburq milliləri də var.
