29 dekabr 2011 11:57
Azərbaycan millisinin rəqibi Hollandiya ilə qarşılaşacaq
Futbol üzrə Şimali İrlandiya yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkənin yığma komandası Hollandiya ilə qarşılaşma haqda razılıq əldə edib.
Belə ki, bu iki komanda arasında gələn il yoldaşlıq oyunu keçiriləcək. Lakin görüşün konkret harda və nə vaxt keçirilməsi tam dəqiqləşdirilməyib.
Qeyd edək ki, britaniyalılar DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasıyla eyni qrupda yer alır.
