29 dekabr 2011 00:04
Millimizin rəqibi yeni baş məşqçisini rəsmən təqdim etdi
Futbol üzrə Şimali İrlandiya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olunub. Azerisport.az xəbər verdiyi kimi, bundan sonra sözügedən ölkə yığmasını Maykl O`Nil çalışdıracaq.
Artıq bu təyinat barədə Şimali İrlandiya Futbol Federasiyası rəsmi məlumat da yayıb. Onun öz işinə gələn ilin fevral ayının 1-dən başlayacağı bildirilir.
42 yaşlı mütəxəssisin son iş yerinin İrlandiya “Shamrock Rovers”i olduğunu da vurğulayaq. Hansı ki, o, bu komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı.
Qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidi.
